REGİONLAR


İlkin çiyid səpini aparılan sahələrdə normal çıxış alınıb

Zərdab, 26 aprel, AZƏRTAC

Zərdab rayonunda çiyid səpini davam edir və artıq 2343 hektar sahədə əkin aparılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə 3160 hektarda səpin aparılması nəzərdə tutulub. Pambıqçılıqla məşğul olan fermerlər və fiziki şəxslərlə müqavilələr bağlanılıb. Artıq kifayət qədər şum çıxarılıb, sahələr arata qoyulub, əkin üçün qabaqcadan tam hazırlıq işləri aparılıb. Rayonun əksər ərazilərində, xüsusilə daha çox çiyid səpiləcək Bəyimli qəsəbə, Şahhüseynli, İsaqbağı, Körpükənd və digər ərazi dairələrində çiyid əkini başa çatmaq üzrədir. Yaxın günlərdə bütün sahələrdə səpin tam başa çatacaq. Artıq ilkin səpin aparılan 736 hektarda normal çıxış alınıb. Bu ərazilərdə sahələrin becərilməsinə hazırlıq işləri aparılır.

Qeyd edək ki, pambıqçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir. Becərmə işlərinə və məhsul yığımına 650-dən çox işçi qüvvəsi cəlb olunacaq ki, bu da əhalinin məşğulluğuna bir töhfədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.