REGİONLAR


İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Bərdədə 8 min ağac əkiləcək - FOTO

Bərdə, 31 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü rəğbətlə qarşılayan bərdəlilər bu genişmiqyaslı kampaniyaya ciddi hazırlaşırlar. Kampaniya çərçivəsində rayon ərazisində bir gündə 8 min ağac tinginin əkilməsi nəzərdə tutulur.

Hazırlıq işlərinin gedişi barədə məlumat verən Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Damət Ələkbərov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu xeyirxah və nəcib təşəbbüslə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da hazırlıq işləri aparılır. Bunun üçün Mingəçevir-Bəhrəmtəpə magistral yolunun kənarında və Mirzəcəfərli, Alpout, Nazırlı, Güloğullar kəndləri ərazisində yerlər ayrılıb, torpaq-iqlim şəraitinə uyğun ağaclar əkiləcək. Hazırda ağacların əkilməsi üçün ayrılmış sahələrdə təmizlik işləri görülür, çalalar qazılır.

Həmsöhbət olduğumuz Cəyirli kənd sakini Şahin Qasımov ağac əkmək, yol çəkmək, körpü salmağın dədə-babadan ən savab işlər sayıldığını bildirib: "Əkilən ağaclar, salınan yaşıllıqlar həm ətraf mühiti gözəlləşdirir, həm də gələcək nəsillərin sağlamlığı baxımından əhəmiyyətlidir. Odur ki, biz bərdəlilər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsünü alqışlayırıq. Görürsünüz, necə həvəslə ağacəkməyə hazırlaşırıq. Ağac əkiləcək sahədə təmizlik işləri aparır, çalaları indidən qazırıq ki, noyabrda tinglər gələndə işimiz asan olsun. Ağac əkini zamanı da bu böyük kampaniyada həvəslə iştirak edəcək, ölkəmizin, rayonumuzun yaşıllaşdırılmasına öz töhfəmizi verəcəyik".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.