REGİONLAR


İmişli şəhər 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin 44 şagirdindən 39-u ali məktəbə qəbul olub

İmişli, 16 avqust, Mahir Babayev, AZƏRTAC

İmişlidə ümumtəhsil məktəblərini bitirən şagirdlər arasında ən yüksək nəticəni şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin məzunları əldə edib.

Məktəbin direktoru Akif Mövsümov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2018-2019-cu tədris ilində məktəb-liseyi 54 şagird bitirib. Onlardan 44-ü ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. Məzunlardan 39 nəfəri qəbul imtahanlarında yüksək bal toplayaraq respublikamızın müxtəlif ali məktəblərinə qəbul olub. 4 məzun isə keçid balı toplasa da, ixtisas seçimində səhvə yol verdiklərinə görə ali məktəblərə qəbul olunmayıb. II turda keçiriləcək qəbulda həmin şagirdlərin də ali məktəblərə qəbul olunması gözlənilir. Məktəbimizi bitirən məzunlarımız arasında ən yüksək balı isə Məryəm Hümbətli və Turqut Ağaşov toplayıb. M.Hümbətli 654 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə, T.Ağaşov isə 690 balla Bakı Ali Neft Məktəbinə qəbul olub.

Məktəbin direktoru onu da qeyd edib ki, Turqut Respublika fənn olimpiadasının final mərhələsində III yer tutaraq bürünc, tam orta təhsili yüksək qiymətlərlə başa vurduğuna görə isə qızıl medala sahib olub. Məryəm isə liseyi fərqlənmə attestatı ilə bitirib.

Qeyd edək ki, İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey 2008-ci ildən fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.