REGİONLAR
İmişlidə şəhid övladları ziyarət edilib
İmişli, 1 iyun, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladları ilə görüş təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İmişli gəncləri tərəfindən 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələrinə baş çəkilib və onların övladlarına hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Vətən müharibəsində İmişlidən 48 nəfər döyüşlərdə qəhrəmancasına şəhid olub. Onlardan 12 nəfəri ailəli olub, 10 şəhidin isə 20 övladı yadigar qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [12:39]
Şəkinin ipəkçilik laboratoriyasından reportaj
- 07.05.2024 [10:55]
Xınalığa qar yağır VİDEO
- 06.05.2024 [22:12]
Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib
- 06.05.2024 [21:05]
Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO
- 06.05.2024 [20:42]