Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İndiyədək “Kütləvi çıxarış” kampaniyasından 10 minədək vətəndaş faydalanıb

Bakı, 29 dekabr, AZƏRTAC

İndiyədək “Kütləvi çıxarış” kampaniyasından 10 minədək vətəndaş faydalanıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, ölkədə daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, bu sahədə sosiallığın və vətəndaş məmnuniyyətinin artırılması üzrə davamlı olaraq tədbirlər keçirir. Bu sahədə mühüm sosial layihələrdən biri paytaxt və regionlarda komitənin qeydiyyat xidmətlərini birbaşa ünvanlarda əhaliyə çatdıran “Kütləvi çıxarış” kampaniyasıdır.

Komitə bu dəfə “Kütləvi çıxarış” kampaniyasını dekabrın 29-da Mingəçevir şəhərində keçirib. Kampaniya çərçivəsində şəhərdə yerləşən çoxmərtəbəli binanın bütün mənzilləri yerindəcə sənədləşdirilib. Belə ki, binanın həyətində 110 mənzil sahibinə hazır çıxarışlar təqdim edilib. Xidmətlərin vətəndaşlara çatdırılması ödənişli deyil, çünki bu sosial kampaniyadır, yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidməthaqqının ödənilməsi kifayət edir. Yalnız istismara qəbul aktı olan binaların mənzillərinə belə çıxarışlar verilir. Sadələşdirilmiş və rahat qeydiyyat bina sakinlərinə öz əmlakları üzərində qanuni sahiblik imkanı verir. Nəticədə leqal əmlak dövriyyəsinə qoşulan əmlaklarla istənilən əməliyyat aparmaq mümkün olur. Bütün bunlar isə əmlak bazarında canlanmanı və fəallığı təmin edir.

“Kütləvi çıxarış” kampaniyası çərçivəsində şəhər mərkəzlərindən tutmuş ucqar kəndlərədək müxtəlif yaşayış məntəqələrində, birbaşa ünvanlarda əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər vətəndaşlardan toplanır. Belə sənədlərə aktlar, şəhadətnamələr, qeydiyyat vərəqələri, kolxoz və sovxoz əmrləri, sovet dövründə verilmiş müxtəlif tipli mülkiyyət sənədləri və texniki pasportlar aiddir. Kampaniya zamanı vətəndaşlara məxsus fərdi yaşayış evləri, pay torpağı, mənzillər, həyətyanı torpaq sahələrinə dair hazır çıxarışlar təqdim olunur. Sadalanan xüsusiyyətlərə görə, “Kütləvi çıxarış” kampaniyası ölkə vətəndaşları tərəfindən razılıqla qarşılanır. Çünki vətəndaş heç bir idarəyə getmədən, əlavə vaxt sərf etmədən öz binasının və ya evinin həyətində çıxarış əldə edir.

Bu il ərzində respublika üzrə 28 kampaniya keçirilib. Bunun 6-sı paytaxt rayonlarında, 22-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. İndiyədək regionlarda əsasən, mənzillər, həyət evləri və torpaq sahələrini əhatə edən “Kütləvi çıxarış” kampaniyası hazırda paytaxtla yanaşı, regionlardakı yeni tikililəri də əhatə edib. Cari ildə təkcə paytaxtda yeni inşa edilmiş 10-a yaxın hündürmərtəbəli binanın mənzilləri bu kampaniya çərçivəsində çıxarışla təmin olunub. Ümumilikdə, kampaniyanın start verildiyi gündən indiyədək 10 minə yaxın vətəndaş kampaniya iştirakçısı olaraq faydalana bilib. Eyni zamanda, ahıl, fiziki məhdudiyyətli insanlara belə xidmətlər birbaşa onların evlərində göstərilib.

Daşınmaz əmlak sahəsində ictimai maarifləndirməni təmin etmək üçün komitə belə sosial kampaniyalar zamanı intensiv hüquqi məsləhət xidmətləri də təqdim edir. Kampaniyaya müraciət edən hər bir vətəndaşa sənədləşdirmə ilə bağlı hüquqi yardım göstərilir, istiqamət verilir, proses izah olunur. Həmçinin belə təmənnasız hüquqi məsləhət xidmətləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hər bir ərazi idarəsində də göstərilir.

Sosialyönümlü digər tədbirlər sırasında da komitənin gündəlik olaraq həyata keçirdiyi mobil ofis xidmətləri də yer alıb. Bu xidmətlər vasitəsilə hər gün komitənin ayrılmış xüsusi nəqliyyat vasitələri şəhər və rayonlarda, kənd və qəsəbələrdə ünvanlara baş çəkir, qeydiyyat xidmətlərini əhaliyə təqdim edir. Çıxarışların verilməsi ilə yanaşı, vətəndaşlara texniki sənədlərin tərtibi, çöl-ölçmə və digər mühəndis işləri, vətəndaşlarda olan ilkin mülkiyyət sənədlərinin qəbulu kimi xidmətlər göstərilir.

Komitənin sosial məmnunluq, rahatlıq və şəffaflıq istiqamətində gördüyü tədbirlər bununla bitmir. Komitənin il yarımdan çoxdur ki, tətbiq etdiyi “bir pəncərə” prinsipi vətəndaşların əmlak qeydiyyatı işini maksimum yüngülləşdirib. Əmlakına çıxarış almaq istəyən kəs yalnız bir quruma - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edir.

Kampaniyalar və əmlakın sənədləşdirilməsində yeniliklərlə yanaşı, komitənin 31 elektron, 2 onlayn və 3 SMS xidməti də vətəndaşların ixtiyarındadır. Hər bir vətəndaşın öz evindən və ya iş yerindən komitənin elektron xidmətlər portalı üzərindən əmlakla bağlı dövlət xidmətlərinə onlayn müraciət etmək imkanı var. Bu isə vətəndaşların xidmətlərdən rahat, çevik və şəffaf şəkildə faydalanmasını birbaşa təmin edir. İndiyədək belə elektron xidmətlərə 450 minə yaxın müraciətin olması da bunun əyani göstəricisidir.

Komitə mühüm sosial tədbirləri və yenilikləri, o cümlədən “Kütləvi çıxarış” kampaniyasını 2017-ci ildə daha intensiv və böyük əhali sayını cəlb etməklə davam etdirəcək. Qarşıdakı il ərzində əmlak bazarındakı fəallıq və komitənin müvafiq tədbirləri nəticəsində əmlak sektorunda və qeydiyyatında daha da yüksək nəticələr gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO