DÜNYA


İndoneziyada Merapi vulkanı iki min metr yüksəkliyə kül püskürüb

Tokio, 13 fevral, AZƏRTAC

Fevralın 13-də səhər saatlarında İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanı 2000 metr yüksəkliyə kül püskürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Antara agentliyi İndoneziyanın Geoloji Fəlakətlərin Tədqiqi Mərkəzinə istinadla məlumat yayıb.

Bildirilir ki, Yava adasında Cokyakarta şəhərindən 30 kilometr, İndoneziyanın paytaxtı Cakartadan isə 520 kilometr məsafədə yerləşən Merapi vulkanı yerli vaxtla səhər saat 5:16 dəqiqədə püskürüb və bu, 105 saniyə davam edib.

İndoneziyanın Vulkonologiya Agentliyi isə kraterə 3 kilometr radiusda yaxınlaşmanı qadağan edərək, yerli sakinləri ehtiyat tədbirləri görməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, Merapi İndoneziyanın Yava adasında yerləşən ən fəal vulkanlarından biridir. Burada böyük püskürmə yeddi ildən bir, kiçik püskürmələr isə ildə iki dəfə baş verir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.