DÜNYA


İndoneziyada vulkan aktivliyi səbəbindən həyəcan səviyyəsi yüksəldilib VİDEO

Bakı, 27 dekabr, AZƏRTAC

İndoneziyanın hakimiyyət orqanları Zond boğazında yerləşən Anak-Krakatau vulkanının aktivliyinin artması səbəbindən həyəcan səviyyəsini 3-cü dərəcəyə qaldırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, vulkan rayonunda bütün uçuşların marşrutu dəyişdirilib və Anak-Krakataudan beş kilometr radiusunda uçuşa qapalı zona yaradılıb.

Xatırladaq ki, dekabrın 22-də axşam saatlarında Anak-Krakatau dağının vulkanik aktivliyinin artması İndoneziya sahillərini sunaminin təsirinə məruz qoyub. Son məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 429 nəfərə çatıb, 150-dən çox insan itkin düşüb, təxminən 1400 nəfər isə xəsarət alıb. Həmçinin 16 min yerli sakin təhlükəli ərazilərdən təxliyə edilib.

Dünyanın ən iri arxipelaqları olan İndoneziya və Filippin “Sakit okean odlu halqası”nın bir hissəsidir. Bu ərazidə yer qabığının hərəkəti çox zaman zəlzələ və vulkan püskürməsi ilə müşayiət olunur. Hazırda İndoneziyada 130 aktiv vulkan var. 1883-cü ilin avqustunda Krakatau vulkanının püskürməsi nəticəsində 36 mindən çox insan həlak olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.