İQTİSADİYYAT
İnformasiya texnologiyaları sahəsində yeni təlimlərə start verilir
Bakı, 11 aprel, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən yeni təlimlərə start verilir. Belə ki, informasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən şəxslər aprel ayından etibarən yeni təlimlərə qeydiyyatdan keçə bilərlər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qeydiyyatı aparılan texniki təlimlərə “Server sistemlərinin idarə edilməsi”, “Şəbəkə texnologiyaları inzibatçılığı” və “İnformasiya texnologiyaları texniklik” mövzuları daxildir və burada tələbələr veb-proqramlaşdırma və java-proqramlaşdırma dillərini yüksək səviyyədə öyrənəcəklər.
Təlimləri uğurla bitirən iştirakçılara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı təqdim olunacaq.
Ətraflı məlumat almaq və qeydiyyat üçün Elektron Hökumət Təlim-Tədris Mərkəzi ilə (Ünvan: Yasamal rayonu Şərifzadə 241; www.e-training.az, əlaqə tel: (012, 077) 5050113, [email protected]) əlaqə saxlamaq mümkündür.