ELM VƏ TƏHSİL


İnformasiya texnologiyaları üzrə texniki dəstək operatoru istiqamətində təlimlər keçiriləcək

Bakı, 4 avqust, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “İnformasiya texnologiyaları üzrə texniki dəstək operatoru (IT Helpdesk)” istiqamətində qısamüddətli təlimlərə müraciət qəbuluna start verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimə kompüterdən istifadənin əsasları üzrə bilikləri və əməliyyat sistemləri ilə tanışlığı olan (18 yaşdan yuxarı) orta ixtisas, peşə və ya ali təhsilli şəxslər müraciət edə bilərlər. Seçim mərhələlərini uğurla keçən şəxslər təlim ödənişindən azad ediləcək. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat veriləcək.

Təlim iştirakçıları 2 ay müddətində həftədə üç dəfə (hər gün 3 saat olmaqla) keçiriləcək təlim zamanı kompüterdə yaranan texniki, proqram təminatı, əməliyyat sistemləri, şəbəkə ilə bağlı nasazlıqları təyin edib aradan qaldırmağı, eyni zamanda, “Microsoft Office” proqramlarından yüksək səviyyədə istifadə etməyi öyrənəcəklər.

Təlimə müraciətlər avqustun 20-dək qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.