İDMAN


İngiltərə Premyer Liqası: “Liverpul” növbəti dəfə məğlub olub

Bakı, 21 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 20-də futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, son ölkə çempionu “Liverpul” öz meydanında “Everton” komandasını qəbul edib.

“Enfild” stadionunda baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı erkən qolla (3-cü dəqiqə) Riçarlison açıb.

Fasilədən sonra görüşün 83-cü dəqiqəsində “Everton” rəqibin qapısına ikinci dəfə yol tapa bilib. Qulfi Siqurdsson adını tabloya yazdırıb.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Bu nəticədən sonra hər iki klubun aktivində 40 xal var və komandalar altıncı-yeddinci yerləri bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.