ELM VƏ TƏHSİL


İnklüziv təhsillə bağlı təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat verilib

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə “İnklüziv təhsilin təşkili” mövzusunda təlim keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, təlimdə Pedaqogika kafedrasının müəllimləri çıxış ediblər. Təlimin başlıca məqsədi “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin reallaşdırılmasına dəstək göstərməkdən ibarətdir.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikatla təltif olunublar. Təlimlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.