Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İnquşetiya Respublikasının sabiq Prezidenti Ruslan Auşevdən

Hörmətli İlham Heydər oğlu,

Sizi Dağlıq Qarabağ münaqişəsi üzrə sülh razılaşmasının imzalanması münasibətilə ürəkdən təbrik edirəm.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycanın çoxmillətli xalqının rifahı naminə qarşınızda duran vəzifələrin həyata keçirilməsində uğurlar, əmin-amanlıq, səadət və rifah arzulayıram.

Dərin hörmətlə,

Ruslan Auşev

İnquşetiya Respublikasının sabiq Prezidenti.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin