Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqinə həsr olunmuş konfrans keçirilib

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Bakıda Avropa Şurasının Bakı ofisinin təşkilatçılığı ilə “İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev iştirakçıları salamlayaraq müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçdiyini bildirib. Vurğulanıb ki, bu baxımdan insan hüquq və azadlıqlarının müdafiəsi hər zaman Azərbaycan dövlətinin ən ümdə məqsədlərindən biri olub.

Sədr qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ümumbəşəri yüksək dəyərlər kimi qiymətləndirərək onların təmin edilməsini dövlətin ali məqsədi elan edərək insan hüquq və azadlıqlarını gözləməyi və qorumağı isə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi təsbit edib. Konstitusiyada, həmçinin insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiqi əksini tapıb.

Azərbaycan Respublikasının Avropa Şurası ilə bir çox sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlıq etdiyini bildirən Ali Məhkəmənin sədri qeyd edib ki, 2001-ci ildə Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğu andan ölkəmizdə Konvensiyaya və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına yeni yanaşmanın formalaşması üzrə fəal proses başlayıb ki, bu da öz növbəsində, nəinki məhkəmə sisteminə, həmçinin bütövlükdə tədricən və ardıcıl olaraq Avropa Şurasının standartlarına yaxınlaşmaqda olan qanunvericiliyin inkişafına müsbət təsirini göstərib.

Sədr bildirib ki, müstəqillik illərində ölkəmizdə məhkəmə-hüquq sahəsində istər qanunvericilik, istərsə də inzibatçılıq baxımdan müntəzəm olaraq islahatlar aparılıb və bu islahatlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün də uğurla davam edir. İnsan hüquq və azadlıqlarının qorunmasının dövlətimizin başçısı İlham Əliyevin də daim diqqətində olduğunu qeyd edən Ali Məhkəmənin sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlərə dair 2006-cı il 19 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilib.

O, vurğulayıb ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”, “Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 2006-cı il 30 mart tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

Çıxışının sonunda Ramiz Rzayev qeyd edib ki, Azərbaycan hər zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşaraq onların icra edilməsi üçün zəruri tədbirləri həyata keçirir. Bu kontekstdə qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla onlarla yeni qanunlar qəbul edilib, mövcud qanunvericilik aktlarına dəyişikliklər edilib. Bunların sırasına həm maddi, həm də prosessual hüquqların təmin edilməsinə dair aktlar daxildir. Azərbaycan Respublikasının Ali Məhkəməsi də bu prosesə töhfəsini verir.

Konfransda Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes çıxış edib. Avropa Şurası ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla davam etdiyini bildirən Z.Hernyes Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı barədə konfrans iştirakçılarına məlumat verib. Fəaliyyət Planının Azərbaycanın qanunvericiliyini, institutlarını və praktikasını insan hüquqları, qanunun aliliyi və demokratiya sahələrində Avropa Şurasının standartlarına daha da uyğunlaşdırmaq məqsədi daşıyan strateji proqram aləti olduğunu qeyd edən Zoltan Hernyes Fəaliyyət Planının ölkənin Avropa Şurasının üzvü olan dövlət qismində öhdəliklərini yerinə yetirmək səylərini dəstəkləmək məqsədi daşıdığını bildirib.

Daha sonra çıxış edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsində azərbaycanlı hakim Lətif Hüseynovun “Məhkəmənin yeni təcrübəsi və qlobal çağırışlar” mövzusunda məruzəsi maraqla qarşılanıb. Lətif Hüseynov məhkəmə sisteminin fəaliyyətini müasir dövrün problemləri kontekstində təhlil edib, baş verən regional konfliktlərin, COVID-19 pandemiyasının və iqlim dəyişikliyinin insan hüquq və azadlıqlarının müdafiəsinə təsiri və bu kontekstdə Avropa Məhkəməsinin apardığı işlər barədə konfrans iştirakçılarına məlumat verib.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrasında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi üzrə qabaqcıl təcrübənin paylaşılmasında Ali Məhkəmənin rolu” mövzusunda məruzə edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları üzrə qabaqcıl təcrübələrin paylaşılmasında Ali Məhkəmənin əhəmiyyətli rolu olduğunu qeyd edən Çingiz Əsgərov bildirib ki, Ali Məhkəmədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarındakı hüquqi mövqelər nəzərə alınmaqla qərar qəbul edilməsinə xüsusi diqqət yetirilməkdədir.

Ali Məhkəmənin sədrinin müavini ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və Ali Məhkəmədə aparılan struktur dəyişiklikləri barədə məlumat verərək bildirib ki, Ali Məhkəmənin Aparatının yeni strukturunda yaradılan Məhkəmə işlərinin idarə edilməsi şöbəsi həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının, həm də Konvensiyanın tələblərinin Ali Məhkəmənin qərarlarında öz əksini tapmasına institutsional dəstək verməklə məhkəmənin işinə önəmli töhfə verməkdədir.

Çingiz Əsgərov bildirib ki, Azərbaycan Respublikası prosessual qanunvericiliklərinə edilmiş son dəyişikliklərlə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərarlar qəbul edilməsi səlahiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinə verilib. Bununla əlaqədar mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin hakimlərindən ibarət tərkibdə baxılaraq müvafiq qərardadlar qəbul edilməsi nəzərdə tutulub.

Artıq həmin səlahiyyətdən istifadə edilməklə bir sıra məsələlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərardadlar qəbul edildiyini bildirən Çingiz Əsgərov bu sahədə işlərin uğurla davam etdirildiyini bildirib.

Sədr müavini, həmçinin bildirib ki, 2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş qanunvericiliyə edilən dəyişikliklərlə kiçik iddialara dair və yazılı icraat qaydasında baxılan işlərin dairəsi genişləndirilib, məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların qarşısının alınması üçün əlavə mexanizmlər yaradılıb, prosessual müddətlər dəqiqləşdirilib, məhkəmə proseslərinin elektron qeydi təsbit olunub. Bütün bunlar məhkəmədə baxılan işlərin keyfiyyətinin artırılmasına, lazımsız vaxt itkisinin qarşısının alınmasına, eləcə də ümumilikdə, məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edir.

Konfransda “Məhkəmə təcrübəsində mülkiyyət hüququ ilə əlaqədar Azərbaycana aid işlərdə ortaya çıxan əsas məsələlər”, “İnsan hüquq və azadlıqlarının təmin edilməsində məhkəmə qərarlarının əsaslandırılmasının əhəmiyyəti”, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarının İcrası” mövzularında məruzələr dinlənilib, məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib