ELM VƏ TƏHSİL


İnsanın fikirlərini “eşidən” cihaz hazırlanıb

Bakı, 6 aprel, AZƏRTAC 

ABŞ-ın Massaçussets Texnologiya İnstitutundan olan mühəndislər qrupu insanın düşüncələrini “eşidən” “AlterEgo” cihazını hazırlayıblar. Sonluqları istifadəçinin çənəsinə doğru uzanan, ayrı-ayrı sözlərin düşüncə ilə tələffüz edilməsi ilə korrelyasiya edilən qulaqlıqlar sifət və beyin əzələlərinin zəif hərəkətlərini oxuyur və alınmış informasiyanı radiosiqnala çevirir.

AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, “AlterEgo” istifadəçi ilə kəllə sümükləri üzrə qulağa ötürülən və səs siqnalı kimi qəbul edilən vibrasiyaların köməyi ilə ünsiyyət qurur. İstifadəçi “vaxt” sözünü “düşünərək” sorğu göndərir, cavab istifadəçinin qulaqlarına dərhal ötürülür və ətrafdakı şəxslər tərəfindən eşidilmir.

Qurğu hələlik düşünülmüş az sayda əmrləri qəbul edir. Düşüncələri tanıma dəqiqliyi 92 faizə qədərdir. Maşın təlimi alqoritminə analiz üçün daha çox material təqdim etməklə bu faizin yüksəldilməsi nəzərdə tutulur. Bunun üçün sınaqlar zamanı daha çox könüllüyə ehtiyac olacağı bildirilir.

Cihazın yaradıcıları güman edirlər ki, “AlterEgo” hələlik hazırlanma mərhələsində olan neyrointerfeysləri əvəz edə biləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.