CƏMİYYƏT


İnternat məktəbin şagirdləri sağlam həyat tərzi ilə bağlı maarifləndirilib

Bakı, 12 may, AZƏRTAC

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli İnternat məktəbinin şagirdləri “Sağlam həyat tərzi seçək, zərərli vərdişlərdən uzaq olaq!” mövzusunda maarifləndirilib.

AZƏRTAC İSİM-ə istinadla bildirir ki, tədbirdə Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva çıxış edərək fikirlərini bölüşüb. Bildirib ki, zərərli vərdişlərdən uzaq olmaq, sağlam qidalanmaq və fiziki aktiv olmaq qeyri-infeksion xəstəliklərin profilaktikasında başlıca rol oynayır. İSİM-in həkim-metodisti Afət Məmmədova geniş təqdimatla çıxış edib. O, reproduktiv sağlamlığın əsas amillərindən söz açaraq, fərdi gigiyena qaydaları və ailə planlaşdırılması, həmçinin erkən nikahların fəsadları barədə ətraflı məlumat verib. İSİM-in Səhiyyə kommunikasiya şöbəsinin əməkdaşı Gülnarə Cəfərova sağlam qidalanmanın əhəmiyyətini vurğulayaraq, düzgün seçilmiş qida rasionu və qəbul olunan kalori miqdarının hesablanması barədə ətraflı məlumat verib, fiziki aktivliyi həyat tərzinə çevirməyin əhəmiyyətindən və tütün məmulatlarından uzaq olmağın orqanizm üçün faydasından söz açıb.

Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.