CƏMİYYƏT


İordaniya mətbuatı Oxçuçayın çirkləndirilməsindən yazıb

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin İordaniya üzrə əlaqələndiricisi Samia Xamisin təşəbbüsü ilə İordaniyanın nüfuzlu “Neyruz” və “Əl Ənbat” qəzetlərində Oxçuçaya həsr olunmuş məqalələr dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə ölkəmizin Zəngilan rayonu ərazisindən keçən, məişət və kənd təsərrüfatında su mənbəyi kimi istifadə edilən Araz çayına tökülən Oxçuçaya qarşı Ermənistan və Almaniya şirkəti tərəfindən törədilən ekoloji cinayət barədə ətraflı məlumat verilib. Dəhşətli ekoterrorun indiyədək davam etdirilməsinə diqqət cəlb olunub. Azərbaycan tərəfinin beynəlxalq təşkilatlara və Almaniya dövlətinə müraciət edərək, ekoterrorun qarşısının alınması ilə əlaqədar müvafiq addımların atılmasını tələb etdiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.