İQTİSADİYYAT
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu" ASC-nin 20 milyon manat həcmində, 23 il tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, yerləşdirilmə zamanı hərrac qiyməti 1001,9167 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21 040 250, 70 AZN təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00 AZN olub.
İstiqrazlar 2041-ci il aprelin 9-da ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]