İQTİSADİYYAT


İqor Lyaşenko: “Belarus” traktor zavoduna materiallar Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq

Kırıkkale, 16 aprel, AZƏRTAC

Türkiyədə açılışı olan “Belarus” traktor zavoduna materiallar Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq. Daşımaların dəmir yolu xətti ilə həyata keçirilməsi bütün göstəricilər üzrə sərfəlidir.

Bu fikirləri “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən Türkiyənin Kırıkkale bölgəsində inşa edilən “Belarus” markalı traktor istehsal zavodunun açılış mərasimində iştirak edən Belarusun Baş nazirinin müavini İqor Lyaşenko AZƏRTAC-ın xüsusi müxbirinin sualını cavablandırarkən deyib.

Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATÜB) tərəfindən idarə olunan bu zavodun tikintisi Azərbaycan-Türkiyə-Belarus üçtərəfli səmərəli əməkdaşlığı üçün daha ciddi zəmin yaradıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Kırıkkale

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.