ELM VƏ TƏHSİL
İqtisadçı alimlər onlayn beynəlxalq elmi konfransda çıxış ediblər
Bakı, 18 noyabr, AZƏRTAC
Macarıstanın Tomori Pal Universiteti “Microsoft Teams” proqramı vasitəsi ilə “Elmdə mədəniyyətlərin görüşməsi - Gələcəyin elmi” onlayn beynəlxalq elmi konfrans keçirib.
AMEA-nın İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda institutun əməkdaşları - Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva və elmi işçi Vəfa Həşimli “Pensiya sisteminin liberallaşmasında demoqrafik amillərin rolu: ölkələrarası müqayisəli təhlil” mövzusunda çıxış ediblər.
Tədbirə Macarıstan, Türkiyə, Azərbaycan, Hindistan, Cənubi Afrika, Ukrayna, Qana və digər ölkələrin nümayəndələri qatılıblar. Elmin müxtəlif sahələri (iqtisadiyyat, tarix, mədəniyyət, musiqi və s.) üzrə maraqlı müzakirələr aparılıb.