İQTİSADİYYAT


İqtisadi Elmi-Tədqiqat İnstitutu ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsi elan edib

İqtisadi Elmi-Tədqiqat İnstitutu ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsi elan edib

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi-Tədqiqat İnstitutu “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsi elan edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Ümummilli Lider Heydər Əliyevin elmə verdiyi töhfələri əsas tutaraq, Azərbaycanın iqtisadi inkişafına həsr edilmiş elmi-tədqiqatları təşviq etmək və tanıtmaqdır. Müsabiqədə yerli və xarici ali təhsil və elmi-tədqiqat müəssisələrinin, beyin mərkəzlərinin əməkdaşları, doktorant, magistr və bakalavrlar iştirak edə bilərlər.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında müstəsna xidmətlərinə həsr edilən müsabiqənin əsas istiqamətləri aşağıdakılardır:

Qeyri-neft sektorunun inkişafı: iqtisadi fəaliyyət sahələrinin inkişafa təsirləri;

Logistika və ticarətin inkişafı, nəqliyyat dəhlizlərinin ölkənin iqtisadi inkişafına təsirləri;

Sosial və dayanıqlı inkişaf siyasətinin hədəfləri;

İşğaldan azad olunmuş ərazilərin yenidənqurma və bərpasında ölkənin iqtisadi diplomatiyasının rolu: Azərbaycanın timsalında;

Azərbaycan beynəlxalq iqtisadi münasibətlərdə;

Postpandemiyadan sonrakı iqtisadi trendlər;

Kreativ (yaradıcı) iqtisadiyyatın qloballaşmada rolu;

Rəqəmsal transformasiyanın iqtisadi inkişafda rolu;

Neft və qaz sektorunun inkişafı.

Müsabiqə qaliblərinə pul mükafatı, həmçinin bütün iştirakçılara həvəsləndirici sertifikat təqdim edilməsi nəzərdə tutulur. Dörd qalib iştirakçının seçilməsi və hər birinin 500 AZN məbləğində mükafatlandırılması planlaşdırılır.

Məqalələr iyunun 8-dək [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqənin nəticələri iyunun 19-da elan olunacaq. Müsabiqənin yekunları ilə bağlı tədbir iyulun 3-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.