İQTİSADİYYAT


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti təcrübə proqramını elan edir

Bakı, 27 iyul, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təcrübə proqramına qoşulmaq üçün qeyd olunan ixtisaslar üzrə (iqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika və IT) təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün mövcud olan tələblərə məntiqi və analitik düşünmə qabiliyyəti, xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti, yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir), ünsiyyət və təqdimat bacarığı daxildir.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İİTKM tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək. Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən avqustun 24-dək [email protected] ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya qeydiyyatdan keçmələri xahiş olunur. Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.