REGİONLAR


İqtisadiyyat naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edəcək

Bakı, 26 iyul, AZƏRTAC

İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 27-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulu saat 12:30-dan etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı xüsusi təyinatlı Yol İstismarı İdarəsinin inzibati binasında (ünvan: Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Yuxarı Qarabağ regional bölməsi (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti 7. Əlaqələndirici şəxs Aslan Aslanov, əlaqə telefonu: (050) 235-01-06, (02631) 5-50-01, faks: (02631) 5-50-01, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.