DÜNYA


İran “Boeing” korporasiyasını beynəlxalq məhkəməyə verəcək

Tehran, 9 iyun AZƏRTAC

İran ABŞ-ın təyyarə istehsalçısı olan “Boeing” korporasiyasını beynəlxalq məhkəməyə verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin (parlamentin) deputatı, iqtisadiyyat komitəsinin üzvü Taki Kəribi məlumat verib.

Deputat bildirib ki, 2016-cı ilin dekabrında “İran Air” şirkəti ilə “Boeing” korporasiyası arasında 80 təyyarənin alınması haqqında müqavilə imzalanıb. Bu gün isə korporasiya öhdəliyini yerinə yetirməkdən imtina edir. Bu beynəlxalq qanunları pozmaq deməkdir. Ona görə də İran beynəlxalq məhkəməyə müraciət edərək müqavilənin “Boeing” tərəfindən yerinə yetirilməsini tələb edəcək.

Xatırladaq ki, “Boeing” korporasiyası ötən həftə bəyanat ilə çıxış edərək Vaşinqton administrasiyası tərəfindən İrana qarşı iqtisadi sanksiyaların bərpa olunması səbəbi ilə müqavilənin şərtlərini yerinə yetirə bilməyəcəyini bildirib. Bəyanatda bildirilib ki, “Boeing”in İrana təyyarə satması üçün lisenziyası yoxdur.

Yerli mətbuat qeyd edir ki, qanuni müqavilənin olmasına baxmayaraq, ABŞ hökuməti bilərəkdən “Boeing”ə lisenziya vermir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.