DÜNYA
İran polisi 1 tondan çox narkotik vasitə müsadirə edib
Tehran, 6 oktyabr, AZƏRTAC
İranın Sistan-Bəlucistan vilayətində polisin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində 1 tondan çox narkotik vasitə aşkar edilərək müsadirə olunub.
AZƏRTAC xəbər verir ki, bunu general Əhməd Tahiri jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, vilayətin Sərvan, Zahedan və Zabol şəhərlərində keçirilən əməliyyat nəticəsində 1 tondan çox narkotik vasitə aşkar edilərək götürülüb. Onun sözlərinə görə, narkotik vasitələr İrana qanunsuz yollarla gətirilir. Qaçaqmalçılarla tez-tez baş verən silahlı toqquşmalara baxmayaraq, vilayətin polis, sərhəd və gömrük xidmətinin əməkdaşları birgə fəaliyyət göstərərək narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısını alırlar.
General qeyd edib ki, vilayətdə keçirilən əməliyyat zamanı 6 avtomobil saxlanılaraq yoxlanılıb. Avtomobillərdən müxtəlif növ narkotik vasitələr tapılıb. Faktla bağlı cinayət işi açılıb. Həbs olunanlar var. General onu da deyib ki, İranın polisi və sərhəd qoşunları silahlı qaçaqmalçılarla mübarizədə 12 minə yaxın şəhid verib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran