DÜNYA


İranda 2 nəfər Fransa vətəndaşı həbs edilib

Tehran, 20 may, AZƏRTAC

Turist adı altında İranda qeyri-qanuni fəaliyyətlə məşğul olan 2 nəfər Fransa vətəndaşı həbs edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın təhlükəsizlik naziri Seyid İsmail Xətib verib. O, nəzərə çatdırıb ki, turist kimi İrana gəzməyə gəldiklərini söyləyən 2 nəfər fransalı ölkədə xaos yaratmaq və ictimai-siyasi sabitliyi pozmaq məqsədilə bəzi destruktiv qrupların nümayəndələri ilə görüşüblər.

Görüşdə İranda xaos yaratmaq və sabitliyi pozmaq kimi məsələlər müzakirə olunub. Gələcəkdə əhali arasında təşviş yaratmaq üçün planlar hazırlanıb. Bu adamlar xarici dövlətlərin xüsusi xidmət orqanları ilə bağlıdır və onların göstərişi ilə İrana gəliblər.

Nazir bildirib ki, şübhəli bilinərək saxlanılan fransalılar ölkə qanunlarına uyğun olaraq istintaqa cəlb olunublar. Hazırda araşdırma davam edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.