DÜNYA
İranda koronavirusdan ölənlərin sayı 50 minə yaxınlaşıb
Tehran, 2 dekabr, AZƏRTAC.
Son 24 saat ərzində İranda 13 min 621 nəfər koronavirusa yoluxub, 362 nəfər isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyini mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında verib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 989 min 572-ə, yoluxaraq ölənlərin sayı isə 48 min 990-a çatıb.
Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 6 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 688 min 54 xəstə isə sağalaraq evə buraxılıb.
İranın 64 şəhərində koronavirus infeksiyası daha geniş yayılıb və bu şəhərlər qırmızı zonaya daxildir.
Tehranda hər gün ictimai nəqliyyat vasitələri, küçələr və mağazalar dezinfeksiya edilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]