RƏSMİ SƏNƏDLƏR


İraq Respublikasının Prezidenti Bərham Salehdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost xalqınıza və ölkənizə isə tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, xalqlarımızın tərəqqisi və rifahı naminə ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək, dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumuzu vurğulayıram.

Dərin ehtiramla,

 

Bərham Saleh

İraq Respublikasının Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin