SİYASƏT
İraq hökuməti humanitar yardıma görə Azərbaycan tərəfinə minnətdarlıq edib
Bakı, 1 iyul, AZƏRTAC
İraqın Xarici İşlər və Səhiyyə nazirlikləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün İraqa göndərdiyi tibbi yardıma görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq edib.
İraqın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan hökumətinin bu yardımı ölkələrimiz arasında qardaşlıq bağlarının dərinliyini ifadə edən bir addım kimi dəyərləndirilib.
Xatırladaq ki, iyunun 30-da Azərbaycan hökumətinin 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardımı Bağdada çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [22:30]
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
- 04.05.2024 [21:23]
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
- 04.05.2024 [20:40]
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
- 04.05.2024 [19:17]