Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“İrəli” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib [YENİLƏNİB] VİDEO

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da “İrəli” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin üzvləri əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

“İrəli” İctimai Birliyinin təsis olunmasının 8-ci ildönümünə həsr olunan konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra konfransın işə başlaması üçün yetərsayın olduğu bildirilib, reqlament müəyyənləşdirilib.

Sonra İctimai Birliyin 2014-2016-cı illərdəki fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

İctimai Birliyin baş katibi Azər Əmirov qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, iki il ərzində İctimai Birlik ölkə gənclərinin ictimai, siyasi, iqtisadi, ekoloji, mədəni və digər sahələrdə fəallıqlarının artırılması məqsədilə 15 genişmiqyaslı layihə, o cümlədən “Mənim gənclər təşkilatım”, “Şəxsi inkişaf”, “Münaqişə tərəfi Azərbaycan”, “Xaricdən milli baxış”, “Region gənclərinin əməkdaşlıq forumu”, “Multikultural dəyərlərin təbliği”, “Azərbaycan gəncliyinə dəstək” (SAY) və s. layihələr həyata keçirib. Həmin tədbirlərdə ümumilikdə iki mindən çox gənc iştirak edib. “İrəli”nin “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədilə təşkil etdiyi kampaniyaya on minlərlə gənc qoşulub. Bununla yanaşı, “İrəli” İctimai Birliyi 1700-dək gənci əhatə edən 18 layihəni dəstəkləyib. İctimai Birliyin radiosu olan “İradio” qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, gənclərin sevimli radiosuna çevrilib.

Diqqətə çatdırılıb ki, son iki ildə “İrəli” İctimai Birliyi yeni üzvlərin cəlb olunmasını genişləndirmək üçün onlayn qeydiyyat sistemini daha da təkmilləşdirib. Son iki ildə 3854 gənc İctimai Birliyin sıralarına daxil olub. Bu müddətdə dörd təcrübə proqramı həyata keçirilib, dövlət qurumları və gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq davam etdirilib. Hazırda “İrəli” İctimai Birliyi 25-i yerli olmaqla, 38 qurumla tərəfdaşlıq edir.

Hesabat məruzəsi səsə qoyularaq təsdiqləndikdən sonra təşkilatın idarə heyətinin tərkibinə səsvermə keçirilib.

İctimai Birliyin sədri vəzifəsinə keçirilən səsvermə nəticəsində Mirhəsən Seyidov yenidən qurumun sədri seçilib.

M.Seyidov çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib. İctimai Birliyin sədri Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində bu gün ölkə gənclərinin onlar üçün yaradılan əlverişli imkanlardan istifadə edərək mühüm uğurlar qazandıqlarını qeyd edib. Bildirib ki, İctimai Birlik ötən iki ildə qarşıya qoyulan əsas hədəflərə nail olub. Son iki ildə Azərbaycanın 60-dan çox regionunda, o cümlədən qoşunların təmas xəttində müxtəlif tədbirlər keçirilib. “İrəli” İctimai Birliyi “Bakı-2015” birinci Avropa Oyunları zamanı olduğu kimi, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının da təbliğində fəal iştirak edir.

M.Seyidov “İrəli” İctimai Birliyi ilə səmərəli əməkdaşlığa görə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fonduna və digər qurumlara minnətdarlığını bildirib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək yeni heyətə təbriklərini çatdırıb, qurumun növbəti illərdə də böyük uğurlar qazanacağına əminliyini ifadə edib. Bildirib ki, bu gün Azərbaycanda gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır. Ölkəmizdə gənclər təşkilatlarının uğurlu fəaliyyətini dəstəkləyən bir sıra dövlət qurumları fəaliyyət göstərir.

Hazırda Azərbaycanda 300-dən çox gənclər təşkilatının olduğunu vurğulayan nazir müavini “İrəli” İctimai Birliyinin fəallığı ilə seçildiyini diqqətə çatdırıb. Qeyd edib ki, İctimai Birlik reallaşdırdığı layihələrlə ölkəmizin inkişafına töhfə vermək istəyən gənclərin təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır. Ulu öndər Heydər Əliyev daim Azərbaycanda yüksək intellektli, vətənpərvər gənclərin yetişməsinə çalışırdı. Sevindirici haldır ki, Azərbaycandakı gənclər təşkilatlarının, o cümlədən “İrəli” İctimai Birliyinin üzvləri olan gənclərimiz ölkəmizin inkişafında fəal iştirak edirlər.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev müstəqilliyin ilk illərində hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin gəncləri siyasi oyunların alətinə çevirdiklərini bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra gənclər sahəsində dövlət siyasəti formalaşdırıldı, bu sahəyə yüksək diqqət və qayğı göstərilməyə başlandı. Ümummilli Liderin parlamentdə gənclərlə görüşü, Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı Fərmanı dahi rəhbərin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir.

V.Quliyev deyib ki, dövlət gənclər siyasətini uğurla inkişaf etdirən Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bu sahədə Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Bunun sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. Bu gün ölkəmizdə fəaliyyət göstərən QHT-lər arasında gənclər təşkilatları öz fəallıqları ilə seçilirlər.

“İrəli” İctimai Birliyinin hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirən sektor müdiri bu qurumun dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinə qarşıdakı illərdə də mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə dinamik və vətənpərvər gəncliyin yetişdiyini qeyd edib. “İrəli” İctimai Birliyinin bu sahədə fəallığını xüsusi vurğulayan F.Hacıyev Fondun bu qurumla səmərəli əməkdaşlıq etdiyini söyləyib.

Sonda “İrəli” İctimai Birliyinin hesabat dövründə yüksək fəallıqları ilə seçilən üzvlərinə və bu qurumla səmərəli əməkdaşlıq edən qurumlara mükafatlar təqdim olunub.

“İrəli” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq