Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrəvandakı Təpəbaşı məhəlləsi Azərbaycan xalqına aid memarlıq irsidir

İrəvandakı Təpəbaşı məhəlləsi Azərbaycan xalqına aid memarlıq irsidir

Bakı, 7 iyul, AZƏRTAC

Qədim Azərbaycan şəhəri İrəvan və onun əsas məhəllələrindən olan Təpəbaşıda ermənilər xalqımıza məxsus irsi sistemli şəkildə dağıtmağa başlayıblar və bu proses indi də davam edir. Hazırda Təpəbaşı məhəlləsi tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Azərbaycan ictimaiyyəti bununla bağlı UNESCO-ya müraciət ünvanlayıb. Müraciəti imzalayan 102 nəfər tanınmış elm və ictimaiyyət xadimi UNESCO-nu xalqımızın zəngin tarixi-mədəni irsinin ermənilər tərəfindən məhv edilməsinin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırıb. Müraciəti ünvanlayanlardan biri də Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovdur.

AZƏRTAC professor A.İsgəndərovun “Təpəbaşı məhəlləsi Azərbaycan xalqına aid memarlıq irsidir” sərlövhəli məqaləsini təqdim edir.

Təpəbaşı məhəlləsinin Azərbaycan xalqına məxsusluğuna dair tarixi faktlar

Təpəbaşı məhəlləsindəki məscidlər, hamamlar onun Azərbaycan xalqına məxsus memarlıq irsi olduğunu sübut edir. Həmin məhəllənin əhalisinin əsas hissəsinin türk-müsəlman əhali olması, yalnız çar hökumətinin köçürmələri hesabına bu faiz nisbətində müəyyən dəyişikliklərin yaranması 1831-ci ilə məxsus kameral təsvirdən də aydın görünür. Həmin təsvirdən çıxarış bizə bunu deməyə imkan verir: Təpəbaşı məhəlləsi İrəvanın qərb hissəsini əhatə edirdi.

Şəhərin Təpəbaşı hissəsinə aid olanlar:

1) Kənəkir yolundan solda yerləşən Abihəyat məhəlləsi;

2) Zəngi çayının solunda, Kənəkir kəndindən aşağıda yerləşən Qızılqala məhəlləsi;

3) Zənginin həmin tərəfində, Qızılqala məhəlləsindən aşağıda yerləşən Dərəbağ məhəlləsi;

4) Körpüdən yuxarıda, həmin yerdə yerləşən Dərəkənd məhəlləsi;

5) Zənginin digər tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi;

6) Noraguğ məhəlləsi.

Bütün bu məhəllələr bağlardan ibarətdir və qış vaxtı buralarda heç kim yaşamır. Məmri arxı şəhərin Təpəbaşı hissəsini və şəhər hissəsinin bir neçə bağını suvarır, daş borularla Qalaya gedir və onu su ilə təchiz edir. 1831-ci ildə İrəvan şəhərinin Təpəbaşı hissəsində tatarlardan, yəni Azərbaycan türklərindən ibarət 594 ailə, 1333 kişi, 1264 qadın, cəmi 2537 nəfər qeydə alınmışdı. Ermənilərdən isə burada 277 ailə, 589 kişi, 587 qadın, ümumilikdə 1176 nəfər qeydiyyatda idi. İrandan köçürülən ermənilər isə 1831-ci il kameral təsvirində Təpəbaşı hissəsində 87 ailə, 187 kişi, 187 qadın, cəmi 374 nəfər olub. Osmanlıdan köçürülən ermənilər isə 3 ailə, 11 kişi, 7 qadın, cəmi 18 nəfəri təşkil edib.

Təpəbaşı hissəsində tatarlardan, yəni Azərbaycan türklərindən 1 xan ailəsi, 4 kişi, 2 qadın, cəmi 6 nəfər; 12 bəy ailəsi, 43 kişi, 28 qadın, cəmi 71 nəfər; 6 mirzə ailəsi, 33 kişi, 16 qadın, cəmi 49 nəfər; 20 molla ailəsi, 69 kişi, 48 qadın, cəmi 117 nəfər; 10 seyid ailəsi, 21 kişi, 25 qadın, cəmi 46 nəfər qeydə alınmışdır. Ermənilərdən isə 3 məlik ailəsi, 13 kişi, 13 qadın, cəmi 26 nəfər; 8 ruhani ailəsi, 32 kişi, 23 qadın, cəmi 55 nəfər qeydə alınıb.

Kameral təsvirdə 1831-ci ildə Təpəbaşı məhəlləsində Hüseynəli xan məscidi və Hacı İmamverdi məscidi göstərilib. Bu məscidlərdən başqa, bir neçə də uçmuş məscidlər var ki, onlar burada qeyd olunmayıb.

Təpəbaşı məhəlləsində 1831-ci ildə 5 hamam olub. 1) Hacı Bəyim hamamı; 2) Hacı Əli hamamı 3) Qafar və Hacı Fətəli hamamı 4) Kərim bəy hamamı; 5) Şeyxülislam hamamı.

1728-ci ildə Osmanlı dövlət məmurları tərəfindən tərtib olunmuş “İrəvan əyalətinin müfəssəl dəftəri”nə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən - Köhnə şəhər, Dəmirbulaq, Dərəkənd və Təpəbaşı məhəllələrindən ibarət olub. 1831-ci ildə İrəvan şəhərində yaşayan şeyxülislamın, qazının, axundların və mollaların adları kameral siyahılarda qeyd edilib.

1831-ci il kameral təsvirinə görə İrəvan əyalətinin şeyxülislamı şəhərin Təpəbaşı hissəsində yaşayırdı: “Şeyxülislam Axund Molla Məhəmməd Axund Molla Məmmədhüseyn oğlu 60 yaş”.

İrəvan şəhərində 6 axund fəaliyyət göstərib. Bunlar şəhər hissəsində yaşayan Ağa Fətulla Ağa İbrahim oğlu, Axund Molla Kazım Məmmədrza bəy oğlu, Axund Molla Mustafa Kərbəlayı Heydər oğlu, Təpəbaşı hissəsində yaşayanlar: Axund Molla Bağır Sadıq bəy oğlu, Axund Molla Mehdi Axund Molla Məmmədəli Peşnamaz oğlu və Axund Molla Kazım Axund Molla Əhməd oğlu idi.

Təpəbaşı məhəlləsinin memarlıq nümunəsi kimi əhəmiyyəti

XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Hazırda Ermənistan milli arxivində saxlanılan kameral təsvirlər həmin küçə və məhəllələrin 190 il öncə inventarlaşdırılmasını və etnik tərkibini göstərən sübutlardır. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edirdi.

Bunu İrəvan şəhərinin sonrakı dövrlərə aid planlarında da görmək mümkündür. Belə ki, 1831-1832-ci illərə aid kameral təsvirlər göstərir ki, şəhərin Təpəbaşı hissəsindəki məhəllə və küçələr sonrakı dövrlərdə də eyni adla və eyni etnik tərkiblə qalmışdır. İstər 1880-ci illərə aid şəhər planı, istərsə də B.Mehrabovun 1906-1911-ci illərə aid İrəvan şəhərinin planı deyilənləri bir daha sübut edir. Təpəbaşı hissəsində mövcud olan küçə adları XX əsrin əvvəllərində də Azərbaycan dilində adlandırılırdı. Bütün bunları dövrün arxiv sənədləri də təsdiqləyir. XIX əsr boyunca ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinə baxmayaraq, İrəvan şəhərinin əhalisinin etnik tərkibində yenə də azərbaycanlıların üstünlük təşkil etdiyi aydın görünür.

Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci, 1948-1953-ci, 1988-ci il illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib. Burada yaşayan insanlar özlərini yerli irəvanlı adlandırsalar da, onların çox kiçik bir qismi daha öncədən bu ərazidə yaşadığına dair sübutlar gətirə bilir. Lakin burada yaşayanların böyük hissəsi 1920-ci illərdə hələ İrəvan adlandırılan şəhərə qonşu dövlətlərdən köçürülən ermənilərdən ibarətdir. Həm Ermənistan, həm də Azərbaycan arxivlərində bunu sübut edən minlərlə sənəd saxlanılmaqdadır.

Ermənistan dövləti Təpəbaşıda yerləşən Hacı İmamverdi (Təpəbaşı) məscidinin tarixini saxtalaşdıraraq fars məscidi kimi dövlət qeydiyyatına alsa da, abidənin qorunması ilə bağlı heç bir tədbir görülmür və onun uçulub dağılmasına şərait yaradılır.

Uzun illərdir ki, Təpəbaşı hissəsinin taleyi ilə bağlı erməni ictimaiyyəti ilə Ermənistan dövləti arasında müzakirələr getməkdədir. Lakin bütün bu müzakirələrdə Azərbaycan xalqının maddi-mədəni irsi məhvə məhkum edilir.

UNESCO-ya müraciət, qeyd edilən yerlərin beynəlxalq mühafizəyə götürülməsinə çağırışlar

İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən iyulun 5-də UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb. İrəvanda həmin əraziyə çoxsaylı turistlər gəlir, bu məhəllənin məhv edilməsini görürlər və göz yumurlar. Artıq həyəcan təbili çalmaq lazımdır. Təpəbaşıda hündürmərtəbəli binaların tikilməsi layihələri var. Təpəbaşının Azərbaycan xalqının maddi-mədəni irsi olduğu qəbul edilməli, Təpəbaşının qorunması və dağıdılan abidələrin bərpası da Ermənistanın üzərinə qoyulmalıdır. UNESCO dünyada bu sahədə söz sahibidir. Təpəbaşı İrəvanın nüvəsidir, belə getsə, sabah olmayacaq. UNESCO-nun sabah bu barədə kitablar dərc etməsinin mənası yoxdur. UNESCO Ermənistana getməli, Təpəbaşının qorunması ilə bağlı reallıqları görməlidir. Bu, dünya mədəni irsinin bir hissəsidir.

Keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər Təpəbaşının özünəməxsus obrazını yaratmışdılar. Bu məhəllədə sadə insanlarla yanaşı şəhərin adlı-sanlı şəxsləri, sənətkarları və tacirləri yaşayıblar. Onların təkcə torpaqları yox, həm də mülkləri olub. Bu gün Təpəbaşı məhəlləsi milli koloritini qoruyub saxlamaq əvəzinə, ermənilər tərəfindən xarabalığa çevrilib. Dünya buna səssiz qalmamalıdır. Bu məsələ diqqətdə saxlanılmalıdır.

1915-ci ildə İrəvana gəlmiş ermənilərin İrəvanda qəbiristanlığın ərazisində Norbutaniya yaşayış massivi saldığı da üzə çıxarılıb. Göy məscid bu gün İrəvanda salamat qalan yeganə məsciddir. Bu məscid də Təpəbaşının ərazisindədir. Göy məscid Hüseynəli xan tərəfindən inşa edilib. Son araşdırmalarda Hüseynəli xanın məhz Göy məsciddə dəfn olunduğu barədə məlumatlara da rast gəlinir. Göy məscidin həyətindəki 1790-cı ilə aid daş kitabə xanın ailəsindən olan qadınlardan birinə aiddir. Göy məscidlə bağlı bütün sənədlər Azərbaycan arxivindədir. İran tərəfindən Göy məscidin İran məscidi adlandırılması qəbuledilməzdir. Təkcə Şeyxülislamlıq arxivində bununla bağlı kifayət qədər sənəd var. Artıq Göy məscid dünyada Azərbaycan məscidi kimi təqdim olunmalıdır. 1917-ci ildə İrəvanda cəmi 100 fars yaşayıb. 1831-1920-ci illərdə İrəvanda yaşayanların əksəriyyəti məhz azərbaycanlılar olub. Bu gün də dünyada tanınmış tədqiqatçılar Göy məscidin İran məscidi adlandırılmasına gülürlər. 100 nəfərə məscid tikilməzdi, artıq Göy məscidin İran məscidi adlandırılmasına son qoyulmalıdır.

Ümid edirik ki, UNESCO rəhbərliyi ona ünvanlanan müraciətə etinasız qalmayacaq və tarixi, memarlıq və hüquqi aspektlərdə Azərbaycan xalqına məxsus Təpəbaşı məhəlləsinin bərpasına, erməni vandalizmindən xilas olmasına öz köməyini göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniya La Liqası: “Atletiko” evdə uduzub, “Real Madrid” səfərdə qalib gəlib

Meksikada 5,7 bal gücündə zəlzələ baş verib

A Seriyası: “İnter”dən 5 cavabsız qol, “Yuventus” xal itirib

PSJ 3 xalı darmadağınla qazanıb

Nigeriyada avtomobil qəzasında 30-dan çox insan həlak olub

Fransa və Ukrayna birgə PUA-ların hazırlanması barədə razılığa gəliblər

Livanda beşmərtəbəli bina çöküb, ölənlər var

Səudiyyə Ərəbistanı İspaniyadan 20 yeni sürət qatarı alır

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Liverpul” üzərində əzmkar qələbə qazanıb

Türkiyə Superliqası: “Beşiktaş” öz meydanında xal itirib

Bundesliqa: “Bavariya” böyük hesabla qələbə qazanıb

Suriya dənizdə neft-qaz ehtiyatlarının kəşfiyyatına başlamağı planlaşdırır

Türkiyə millisinin basketbolçusu “NBA All-Star”ın heyətinə daxil edilib

“Virgin Atlantic” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda məcburi eniş edib

“Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

Türkiyə Superliqası: "Qalatasaray" səfərdə asan qələbə qazanıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzadıb

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”a, “Zirə” “Sumqayıt”a qalib gəlib

Yaponiyanın Baş naziri Sanae Takaiçinin partiyası parlamentdə çoxluğu təmin edib

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

Qubada qonaqlıqda 8 nəfər zəhərlənib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın Qış Olimpiya komandasına dəstək: Milanda idmançılarla görüş

Tailandda seçkilər: İlkin nəticələrə görə mühafizəkar “Bhumcaytay” partiyası qalibdir

Səudiyyə Ərəbistanı Suriyadakı layihələri üçün “İlaf” İnvestisiya Fondu yaradıb

Misirdə iri həcmdə narkotik qaçaqmalçılığının qarşısı alınıb

Qərbi Azərbaycan İcması: Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib

Tbilisidə antisanitariya səbəbindən 9 məşhur restoran bağlanıb

Naxçıvan atleti ölkə üzrə rekord nəticə göstərib

Səudiyyə Ərəbistanı və Suriya birgə aviaşirkət təsis ediblər

Milandakı Qış Olimpiya Oyunlarında təqdim olunan milli formalar dizaynerlərin diqqət mərkəzindədir

Saloniki UNESCO tərəfindən “Qastronomiya şəhəri” seçilib

Neamts qalası: XVII əsrin gizli iqtisadiyyatı və saxta pul istehsalı

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

Marneulidə Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert verilib

“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qələbə qazanıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qələbə qazanıb VİDEO

Nadir metallar uğrunda yarışda Rumıniya Aİ-nin strateji xəritəsində ön plana çıxır

“Exit-poll”: Liberal Demokrat Partiyası parlamentdə üstünlüyü təmin edib

“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib VİDEO

“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib VİDEO

Gürcüstanın qərbində torpaq sürüşməsi baş verib

Naxçıvanda tətbiq olunan güzəştlər sahibkarların fəaliyyətinin genişlənməsi üçün güclü baza yaradacaq - ŞƏRH

Emil Əfrasiyab: Qəbələ festivalı mədəniyyətimizin təbliğinə xidmət edən gözəl ənənəyə çevrilib

Gürcüstanın fiqurlu konkisürmə komandası Qış Olimpiya Oyunları tarixində ilk dəfə finala yüksəlib

Naxçıvanda 8–18 yaşlı şahmatçılar arasında birinciliyə yekun vurulub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sulutəpə dairəsi istiqamətindəki təmir işləri ilə bağlı yollarda nəqliyyatın sıxlığı müşahidə edilir

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Əməkdar artist: “Qış nağılı” ölkəmizdə keçirilən nüfuzlu festivallardan biridir

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Gənc ifaçı: Belə mötəbər festivalda iştirak etdiyimə görə qürur duyuram

Misli Premyer Liqasında XIX tura start verilir

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar

Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Gəncənin Şah Abbas məscidini ziyarət

Dünya birjalarında neft bahalaşıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

Tailandda parlament seçkiləri keçirilir VİDEO

Tailandda parlament seçkiləri keçirilir VİDEO

Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib

Yaponiyada parlament seçkiləri keçirilir

Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar

Paris bələdiyyə seçkiləri: Lökornü Datidən gələn həftənin sonunadək hökumətdən getməsini istəyib

İspaniya səkkizinci dəfə qitə çempionu olub

"Mançester Yunayted"dən ardıcıl 4-cü qələbə, "Qarabağ"ın rəqibi evdə uduzub

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib

Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb

Bədii rəhbər: 90 illik yubileyini qeyd edən Xor kollektivi səhnəyə kino musiqisi ilə çıxacaq

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim

Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Tərtər sakini narkotikə görə həbs olunub

Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb

Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq