RƏSMİ XRONİKA
İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əlidən
Zati-aliləri,
Azərbaycanın Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupunun adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Zati-alinizə İslam İnkişaf Bankı Qrupunun üzv ölkələrin davamlı tərəqqisi və inkişafı naminə göstərdiyi səylərə ölkənizin verdiyi dəstəkdən məmnunluq duyduğumuzu bildirmək istərdik.
Zati-alinizi əmin etmək istəyirəm ki, İslam İnkişaf Bankı Qrupu ölkənizin sosial-iqtisadi inkişafında və Azərbaycan ilə təşkilatın digər üzv ölkələri arasındakı əməkdaşlığın gücləndirilməsində dəstəyini bundan sonra da davam etdirəcəkdir.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Əhməd Məhəmməd Əli
İslam İnkişaf Bankı Qrupunun prezidenti