REGİONLAR


İsmayıllıda Anım Günü ilə əlaqədar inşa-yazı müsabiqəsi keçirilib

İsmayıllı, 27 sentyabr, AZƏRTAC

İsmayıllıda 27 sentyabr – Anım Gününə həsr edilmiş gənclər arasında inşa-yazı müsabiqəsi keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inşa-yazı müsabiqəsində 20 nəfər yuxarı sinif şagirdi iştirak edib. Müsabiqənin təşkilatçıları olan idarələrin rəhbərləri İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov və təhsil şöbəsinin məsul işçisi Ülviyyə Zeynalova iştirakçıları salamlayaraq 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi tarixi Qələbədən danışıb, iştirakçılarına uğurlar arzulayıblar. İnşa-yazı müsabiqəsi sentyabrın 27-də yekunulaşacaq, ən yaxşı yazının müəllifləri təşkilatçılar tərəfindən mükafatlandırılaçaq və bu münasibətlə mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd şanlı Qələbəmizin canlı şahidi olan gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi və onlarda dövlətçilik, vətənə sevgi hissini daha da gücləndirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.