DÜNYA


İspaniyada istirahət günlərində 500-dən çox adam koronavirusdan həyatını itirib

Madrid, 10 noyabr, AZƏRTAC 

Ötən istirahət günləri ərzində İspaniyada COVID-19 diaqnozu ilə 512 nəfər həyatını itirib.

AZƏRTAC İspaniyanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, pandemiyanın başlanğıcından bəri koronavirus qurbanlarının ümumi sayı 39 345 nəfərə çatıb. Həftə sonları üzrə qeydiyyata alınmış yeni 52 386 halı nəzərə almaqla ümumilikdə 1 381 218 nəfər koronavirus infeksiyasına yoluxub.

İndi ölkənin xəstəxanalarında 169 621 koronavirus xəstəsi var. Bunlardan 14 235-i intensiv terapiya şöbələrinə yerləşdirilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.