İQTİSADİYYAT


İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da Təl-Əviv şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov müxtəlif sektorlarda fəaliyyət göstərən israilli sahibkarlar ilə görüşüb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, İsrailin Kiçik və Orta Biznes Agentliyinin iştirakı ilə təşkil olunmuş görüşdə iş adamları ilə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Görüşdə israilli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.