DÜNYA


İstanbul və İzmir prokurorluğu 346 FETÖ-çünü saxlayıb

Bakı, 6 iyul, AZƏRTAC

İstanbul prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqəsi olan 271 hərbçinin həbsinə dair sanksiya verib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, prokurorluğun, Terrorçuluq və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin birgə apardığı araşdırma nəticəsində bəzi hərbçilərin xüsusi telefonlar vasitəsilə FETÖ-nün “təşkilat imamı” ilə gizli danışıqları aşkar olunub. İbtidai istintaqın nəticələri əsasında saxlanılan 271 hərbçinin 122-nin yüksəkrütbəli zabit olduğu bildirilir. Şübhəlilərin saxlanması üçün 47 rayonda genişmiqyaslı əməliyyat keçirilib.

Analoji əməliyyat İzmir prokurorluğu tərəfindən də aparılıb. Prokurorluq FETÖ ilə gizli əlaqələri aşkar olunan 75 yüksəkrütbəli zabit barəsində saxlanma qərarı verib. Prokurorluğun məlumatına görə, ifşa olunan 75 FETÖ-çü zabit 59 orduda mühüm strateji vəzifələrdə yer alıb. İzmir prokurorluğu 30 rayonda əməliyyatların keçirilməsi qərarını verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.