MƏDƏNİYYƏT


İstedadlı gənclərin elektron məlumat bazası yaradılacaq

Bakı, 4 may, AZƏRTAC

“Turan” İstedadlar Birliyi respublikanın şəhər və rayonlarında yaşayıb fəaliyyət göstərən istedadlı gənclərin koordinasiyası, onların səmərəli və aktiv fəaliyyətinə təşkilati dəstəyin verilməsi məqsədilə “İstedadlı gənclərin elektron məlumat bazasının yaradılması” adlı sosial-mədəni layihəyə start verir.

Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, özünü hər hansı bir sahədə istedadlı hesab edən gənclər tərcümeyi-hal və fəaliyyətlərini əks etdirən foto-video materiallarını [email protected] elektron ünvanına göndərə bilərlər.

Sənədləri, birlik tərəfindən yaradılmış sənəd qəbulu komissiyanın baxış mərhələsindən keçib müvafiq meyarlara cavab verən və nəticədə məlumatları bazaya daxil edilən istedadlı gənclərin respublika və xaricdə tanıdılması, yaradıcılıq fəaliyyətlərinin dəstəklənməsi və genişləndirilməsi, eləcə də məşğulluq problemlərinin həlli yolunda ardıcıl tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.