CƏMİYYƏT
İstirahət mərkəzində çirkab sularının dənizə axıdılması faktı aşkarlanıb
Bakı, 12 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir Sumqayıt şəhəri ərazisində keçirilib. Reyd zamanı “Alma” istirahət mərkəzində çirkab sularının dənizə axıdılması faktı aşkarlanıb və A.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin kommunal və digər obyektlərin istismar edilməsi) maddəsinin tələbini pozduğuna görə protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.