MƏDƏNİYYƏT


İsveç məhkəməsi A$AP Rocky-ni təqsirli bilib

Bakı, 14 avqust, AZƏRTAC

İsveç məhkəməsi Amerika reperi A$AP Rocky-ni adam döyməkdə təqsirli bilib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “TheLocal.se” yayıb. Məlumatda deyilir ki, artistin bu insidentdə iştirak edən iki dostu barəsində də hökm çıxarılıb. Bildirilir ki, onlara şərti cəza kəsilib. Bu isə o deməkdir ki, A$AP Rocky və dostları cəzalarını çəkmək üçün İsveçə qayıtmalı olmayacaqlar.

Daha əvvəl verdiyimiz xəbərə görə, ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə girovların işləri üzrə xüsusi nümayəndə Robert O`Brayen reper A$AP Rocky-nin məhkəməsində iştirak etmək üçün Stokholma yollanıb. İsveç məhkəməsinin qərarına görə, reper və dostları həbsdən azad edilib. Məhkəmənin qəti qərarı bu gün qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.