Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İsveçrə-MDB Birgə Ticarət Palatasının prezidenti Marsel Pavliçekdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İsveçrə-MDB Birgə Ticarət Palatasının İdarə Heyəti və üzvləri adından səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

İsveçrə-MDB Birgə Ticarət Palatası Sizin rəhbərliyinizlə Azərbaycanda ticarət və investisiyanın inkişafını İsveçrə şirkətləri üçün yüksək qiymətləndirir. Bizim ticarət palatamız bu imkanları təşviq etmək üçün səylə çalışır və Azərbaycan ilə İsveçrə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Yeni prezidentlik dönəmində Sizə müvəffəqiyyətlər arzu edir, Azərbaycan xalqına rifah və firavanlıq diləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Marsel Pavliçek

İsveçrə-MDB Birgə Ticarət Palatasının prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin