DÜNYA


İsveçrədə koronavirusa yoluxma halları ciddi şəkildə azalıb

Bern, 30 may, AZƏRTAC

İsveçrədə yeni növ koronavirusa yoluxma halları ciddi şəkildə azalıb və ötən sutka ərzində 17 nəfər virusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İsveçrə Federal Səhiyyə Agentliyi yayıb.

İndiyədək İsveçrədə 30845 nəfər COVID-19 xəstəliyinə yoluxub, 1657 nəfər bu xəstəliklə əlaqədar vəfat edib. Hazırda isə aktiv xəstə sayı 2445 nəfərə bərabərdir. Pandemiya dövrü ərzində xəstələrdən 3544 nəfər xəstəxanaya yerləşdirilməli olub. 394717 nəfər üzərində aparılan testlərin təxminən 9 faizində nəticə müsbət çıxıb və yoluxma halı təsdiqlənib.

Qeyd edilməlidir ki, yoluxma hallarının azalmasını nəzərə alaraq ölkədə məhdudiyyətlərin yumşaldılması davam etdirilir. Bu gündən etibarən İsveçrədə 30-dək şəxsin iştirak etdiyi tədbirlərin keçirilməsinə icazə verilib. İyunun 19-da isə bütün ölkə üzrə fövqəladə vəziyyət rejiminin ləğv edilməsi gözlənilir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.