İDMAN


İtaliya A Seriyası: "Milan" - "Yuventus" oyunu heç-heçə başa çatıb

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 23-də futbol üzrə İtaliya A Seriyasında XXIII turun mərkəzi oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "San-Siro" stadionunda baş tutan görüşdə iki əzəli rəqib - "Milan" və "Yuventus" komandaları üz-üzə gəlib.

Meydan sahiblərinin üstünlüyü ilə keçən görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0. Qarşılaşmanın 28-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Zlatan İbrahimoviç zədələnərək meydanı tərk edib. Qırx bir yaşlı isveçli forvardı fransalı Olivye Jiru əvəzləyib.

Bu nəticədən sonra "Milan" klubu "Napoli" ilə birgə hərəyə 49 xalla 2-3-cü yerləri bölüşür. "Yuventus" isə 42 xalla 5-cidir. Turnir cədvəlinə 53 xalla ehtiyatda bir oyunu olan "İnter" başçılıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.