Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu ilin əvvəlində Azərbaycan və İtaliya arasındakı sıx əlaqələri daha da möhkəmləndirən dövlət səfəriniz çərçivəsində keçirdiyimiz görüşü xüsusi məmnunluq hissi ilə xatırlayıram.

İnanıram ki, Cənub Qaz Dəhlizinin yaxın zamanlarda tamamlanması ilə bir daha öz təsdiqini tapan ölkələrarası əlaqələrimiz geniş və səmərəli əməkdaşlığımızın mövcud olduğu bütün sahələrdə yeni bir impuls qazanacaq.

Sizə dostcasına ən səmimi təbriklərimi çatdırır, özünüzə və ailənizə rifah arzu edirəm.

Hörmətlə,

Sercio Mattarella

İtaliya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin