DÜNYA


İtaliya iqtisadiyyatının bu il 6 faiz artacağı gözlənilir

Roma, 22 oktyabr, AZƏRTAC

Cari ildə İtaliya iqtisadiyyatının 6 faiz artacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Mərkəzi Bankı məlumat yayıb. Bildirilir ki, ilin üçüncü rübündə ölkə iqtisadiyyatı 2 faizdən çox artıb. Cari il üzrə iqtisadi artımın isə 6 faiz olacağı nəzərdə tutulur.

Qeyd edək ki, bank əvvəlki hesabatında 2021-ci il üzrə iqtisadi artım tempini 5,1 faiz proqnozlaşdırmışdı.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.