DÜNYA


İtaliya parlamentinin aşağı palatası fəaliyyətini dayandırıb

Bakı, 21 avqust, AZƏRTAC

İtaliya parlamentinin aşağı palatası fəaliyyətini dayandırıb.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, deputat fraksiyalarının rəhbərləri istefa verən ölkənin Baş naziri Cüzeppe Kontenin planlaşdırılan çıxışını ləğv etmək qərarına gəliblər.

“Deputatlar istefa faktını elan etmək üçün formal iclas keçirəcək. Parlament üzvlərinin sayının azaldılması barədə qanun layihəsinin müzakirəsi də hökumət böhranı ilə əlaqədar təxirə salınıb”, - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, İtaliyanın Baş Naziri Cüzeppe Konte avqustun 20-də istefa barədə qərarını açıqlayıb. Onu bu addımı atmağa Daxili İşlər naziri və Baş Nazirin müavini Matteo Salvininin avqustun 8-də hakim çoxluğun mövcud olmadığı, həmçinin yeni seçkilərin keçirilməsinin zəruriliyi barədə bəyanatı vadar edib.

Ölkə prezidenti Serco Mattarellanın avqustun 21-də parlamentdə yeni hökuməti dəstəkləyəcək alternativ çoxluğun formalaşdırılması imkanlarını aydınlaşdırmaq üçün siyasi məsləhətləşmələrə başlayacağı bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.