Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İtaliya qəzetində Azərbaycanın Respublika Gününə həsr edilmiş məqalə dərc olunub

İtaliya qəzetində Azərbaycanın Respublika Gününə həsr edilmiş məqalə dərc olunub

Roma, 27 may, AZƏRTAC

İtaliyanın “Giornale Diplomatico” onlayn qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin “Respublika Günü: Müasir Azərbaycana və İtaliya ilə strateji tərəfdaşlığa baxış” sərlövhəli geniş məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə diplomat müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci il mayın 18-də məhz Azərbaycanda qurulmuş demokratik respublikanın tarixindən və qısa müddət mövcud olmasına baxmayaraq, imza atdığı böyük tarixi yeniliklərdən bəhs edib. Sovetlər dövründə də Azərbaycan xalqının hər zaman müstəqillik arzusu ilə yaşadığını, nəhayət, 1991-ci ildə tarixi imkandan istifadə edərək müstəqilliyini bərpa etdiyini, Xalq Cümhuriyyətinin zəngin ənənələrinə və tarixi varisliyə əsaslanaraq respublika qurduğunu, həmçinin birinci respublikanın əsasının qoyulduğu 28 may tarixinin də ölkədə Respublika Günü elan edildiyini bildirib.

Müəllif dövlət müstəqilliyin bərpa edildiyi ilk illərində Azərbaycanın üzləşdiyi ağır problemlər, o cümlədən Ermənistanın hərbi təcavüzünün ağır nəticələri barədə danışıb, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasına nail olduğunu, milli maraqların müdafiəsinə əsaslanan, siyasi və iqtisadi cəhətdən sabit, beynəlxalq münasibətlər sisteminin bir hissəsinə çevrilmiş müasir Azərbaycan dövləti modelini qurduğunu diqqətə çatdırıb. Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın önəmli nəticələr əldə edərək regional liderə çevrildiyi, beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdiyi, o cümlədən qlobal enerji təhlükəsizliyində, beynəlxalq nəqliyyat sistemində, eləcə də dinlərarası və mədəniyyətlərarası dialoqda ölkəmizin fəal rolu barədə fikirlərini bölüşüb.

Diplomat müstəqillik illərində qazanılan böyük uğurlarla yanaşı, Ermənistanın ölkəmizə hərbi təcavüzünün hələ də davam etdiyi, çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamə və sənədlərə baxmayaraq, Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlandığını, etnik təmizləməyə məruz qalmış 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün doğma torpaqlarına qayıda bilməməsi haqqında məlumat verib. Münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşmaya baxmayaraq, Ermənistanın davamlı olaraq nizamlanma prosesini pozan təxribatlar törətməsi, bununla da işğal edilmiş ərazilərdə status-kvonun saxlanılmasına və təcavüzün nəticələrinin möhkəmləndirilməsinə çalışdığını bildirib. Səfir Azərbaycanın münaqişənin həlli üçün substantiv və nəticəyə yönəlmiş danışıqların tərəfdarı olduğunu, münaqişənin yeganə həllinin də ölkəmizin ərazi bütövlüyünün bərpasından keçdiyini qeyd edib, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, Paris Xartiyası və BMT-nin məlum qətnamələrinə əsaslanaraq ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etmək hüququnu hər zaman özündə saxladığını bildirib.

Məqalədə Azərbaycan ilə İtaliya arasında dərinləşən münasibətlərə də nəzər salınıb və bildirilib ki, ölkələrimiz arasında əlaqələr hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulub və o vaxt İtaliya Bakıda konsulluq səviyyəsində təmsil olunub. Hazırda iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəyə çatıb, ötən illər çoxsaylı yüksək səviyyəli səfərlər, o cümlədən İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana, bu ilin fevralında isə dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya dövlət səfərləri həyata keçirilib. Diplomat Azərbaycan Prezidentinin səfəri zamanı keçirilmiş yüksək səviyyəli görüşlərin, əldə olunan nəticələrin iki ölkə arasında münasibətlərin nə qədər güclü olduğunu nümayiş etdirdiyini deyib. Bu xüsusda, Prezident İlham Əliyevlə İtaliyanın Baş Naziri Cüzeppe Konte arasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasını qeyd edən səfir bu sənədin iki ölkə arasında indiyə qədər imzalanmış ən vacib sənəd olduğunu vurğulayıb. Prezident İlham Əliyevin bu sənədi iki ölkə arasında münasibətlərin bütün sahələrini əhatə edən, gələcək əməkdaşlıq üçün prioritetləri müəyyənləşdirən, münasibətlərin müttəfiqliyə yaxın əlaqələr olduğunu göstərən və Avropa İttifaqı ilə yeni sazişin imzalanması üçün təməl rolunu oynaya biləcək çox ciddi, dərin və təfərrüatlı sənəd kimi xarakterizə etdiyini, Prezident Sercio Mattarellanın Bəyannamənin münasibətlərimizin hər cəhətdən və hər mənada yüksək səviyyədə olduğunu göstərdiyini, İtaliya Xarici İşlər Və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maionun isə bunu tərəfdaşlığımızda əsl keyfiyyət sıçrayışı adlandırdığını diqqətə çatdırıb.

Diplomat Birgə Bəyannamədə tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə etmələrinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında nizamlanmasını dəstəklədiklərinin qeyd olunduğunu bildirib. Səfir vurğulayıb ki, Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkməsi üçün beynəlxalq ictimaiyyətin qəti və yekdil mövqeyinin vacib olduğu nöqteyi-nəzərindən İtaliyanın belə bir mövqeyi müstəsna əhəmiyyət kəsb edir. Ermənistan tərəfindən son zamanlar yeni və təhlükəli təxribat dalğasının həyata keçirilməsi müşahidə olunur. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” keçirilib, lakin bu qeyri-qanuni “seçkilər” dünya ictimaiyyəti, o cümlədən İtaliya tərəfindən tanınmayıb və rədd edilib.

Səfir M.Əhmədzadə dövlət səfərinin Azərbaycan ilə İtaliya arasındakı münasibətlərdə əsas rola malik olan iqtisadi sahədə güclü əməkdaşlığın mövcudluğunun nümayişi, bu sahədə indiyədək əldə edilmiş nəticələrin təhlili və yeni imkanların müzakirəsi üçün də əhəmiyyətini vurğulayıb. Bu xüsusda, səfər zamanı İtaliyanın ən iri maliyyə və sənaye qruplarının rəhbərləri ilə birgə “Cassa Depositi e Prestiti” tərəfindən təşkil olunmuş işgüzar naharın, İtaliya XİN-də keçirilmiş və 260-dan çox şirkətin iştirak etdiyi Azərbaycan-İtaliya biznes forumunun əhəmiyyətindən danışıb.

İqtisadi əməkdaşlığa da ətraflı nəzər salan diplomat qeyd edib ki, İtaliya ölkəmizin ən iri ticarət tərəfdaşı, Azərbaycanın isə Cənubi Qafqazda İtaliyanın ən böyük idxalçısıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 92 faizi Azərbaycanın payına düşür, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 6 milyard dollar təşkil edib ki, bu da Azərbaycanın xarici ticarət əməliyyatlarının 18 faizinə bərabərdir. Cari ilin ilk dörd ayı ərzində də İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalıb, ölkəmizin xarici ticarət əməliyyatlarının 26,36 faizi İtaliya ilə ticarət dövriyyəsinin payına düşüb. Eyni zamanda, 2013-cü ildən başlayaraq Azərbaycan İtaliyanın əsas xam neft təchizatçılarından biridir. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri layihəsinin istismara verilməsi ilə ölkəmiz İtaliyanın iri təbii qaz təchizatçılarından birinə çevriləcək. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çoxsaylı italyan şirkətləri uğurla fəaliyyət göstərir və son illərdə onların ölkəmizdə iştirak etdiyi layihələrin dəyəri təxminən 10 milyard dollardır.

Dövlət səfərinin Azərbaycan ilə İtaliya arasında humanitar sahələrdə də geniş əməkdaşlığın mövcud olduğunu göstərdiyini deyən diplomat bu xüsusda səfər zamanı İtaliya Prezidentinin sarayında Azərbaycan musiqiçilərinin konsertinin keçirilməsindən, eləcə də Roma meriyasında Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilmiş arxeoloji qazıntıların nəticələrinin nümayişindən danışıb, mədəniyyət sahəsində əməkdaşlıqda Heydər Əliyev Fondunun əhəmiyyətli rolundan bəhs edib.

Ölkələrimizin əsl dostlar olduğunu bildirən səfir koronavirus pandemiyası ilə əlaqədar yaranmış ağır epidemioloji vəziyyətdə Azərbaycanın İtaliya xalqı ilə bir sıra humanitar və mədəni təşəbbüslərlə həmrəylik nümayiş etdirdiyini xatırladıb, bu xüsusda Bakı Media Mərkəzi tərəfindən hazırlanmış videoçarx və Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası barədə danışıb. Azərbaycan ilə İtaliya arasında dostluğun və yaxınlığın rəmzi kimi iki ölkənin dövlət bayramlarının da tarixlərinin bir-birinə yaxın olduğunu deyən səfir İtaliyanı 2 İyun - Respublika Bayramı münasibətilə təbrik edib.

Sonda diplomat Prezident İlham Əliyevin dövlət səfəri zamanı söylədiyi fikirlərə istinad edərək deyib: “İtaliya Azərbaycanın strateji tərəfdaşı və Avropada bir nömrəli tərəfdaşıdır”.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu15 ildən Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib