SİYASƏT
İtaliyada ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçiriləcək
Bakı, 8 dekabr, AZƏRTAC
İtaliyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş anım mərasimləri keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin deputatı Vüqar Bayramov tədbirlərdə iştirak etmək üçün dekabrın 9-da Milan şəhərinə gedəcək.
Neapol-Bakı Assosiasiyası tərəfindən keçiriləcək tədbirlər çərçivəsində Ulu Öndərə həsr edilmiş sərgi və konfrans təşkil olunacaq. Tədbirlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, dahi Liderin Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətlərindən bəhs ediləcək, Ulu Öndərlə bağlı xatirələr səsləndiriləcək.
Səfər dekabrın 13-də başa çatacaq.