MƏDƏNİYYƏT


İtaliyanın televiziya kanallarında Azərbaycan haqqında proqram nümayiş olunur

Roma, 25 sentyabr, AZƏRTAC

Bu günlərdə İtaliyanın LA VOCE TV və RETEORO televiziya kanallarında günün müxtəlif saatlarında "Səfirliklər və ölkələr" proqramının Azərbaycana həsr edilən buraxılışı nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, buraxılışda proqramın müəllifi və aparıcısı Manulea Biancospinonun Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən aldığı geniş müsahibəsi yer alıb.

Azərbaycan diplomatı ölkəmizin qədim və zəngin tarixi-mədəni irsi, multikulturalizm ənənələri, Azərbaycan mədəniyyətinin İtaliyada təbliği istiqamətində Heydər Əliyev Fondu və səfirliyin birgə tədbirləri, ölkəmizin sosial-iqtisadi inkişafı, Azərbaycan-İtaliya əməkdaşlığı, ölkəmizin turizm potensialı və italyan turistlər üçün ölkəmizdə maraq kəsb edən məqamlar barədə danışıb. Veriliş müddətində milli musiqi nümunələrimiz səsləndirilib və ölkəmizlə bağlı videoçarxlar təqdim olunub.

Qeyd edək ki, LA VOCE TV və RETEORO kanallarında ilk dəfə sentyabrın 24-də nümayiş olunmuş "Səfirliklər və ölkələr" proqramının Azərbaycana həsr olunan buraxılışının təkrarı hər gün hər iki kanalda sentyabrın 29-dək göstəriləcək.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.