İQTİSADİYYAT


İyunda bir sıra ərzaq məhsullarının qiyməti ucuzlaşıb

Bakı, 15 iyul, AZƏRTAC

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın qiymətlərində olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata götə, bu dövrdə ucuzlaşma isə əsasən mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, almanın, armudun, alçanın, əriyin, şaftalının, çiyələyin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kələmin, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.