SİYASƏT
JAK ŞİRAK DAĞLIQ QARABAĞA DAİR DANIŞIQLARA YENİDƏN BAŞLANMASINA TƏRƏFDARDIR
AZƏRTAC-ın müxbiri Parisdən xəbər verir ki, Fransa Prezidenti Jak Şirak buraya rəsmi səfərə gələn ermənistanlı həmkarı Robert Koçaryanla Yelisey sarayında görüşündə Dağlıq Qarabağa dair danışıqlara yenidən başlanmasına və münaqişənin ədalətli həlli yolunun qətiyyətlə axtarılmasına tərəfdar olduğunu bəyan etmişdir. Fransa Respublikası başçısının fikrincə, ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupu Ermənistanla Azərbaycan arasında yüksək səviyyədə siyasi dialoqun yenidən başlanmasında faydalı rol oynaya bilər. Xatırladaq ki, Fransa Minsk qrupunun həmsədrlərindən biridir.