İDMAN


JURNALİSTLƏR OLİMPİADANIN TƏHLÜKƏSİZLİYİNİ “YOXLAYIRLAR”

AZƏRTAC xəbər verir ki, son günlər Yunanıstan polisi Afinada keçiriləcək yay Olimpiya oyunlarının mühafizə edilən obyektlərinə daxil olmağa cəhd göstərmiş Qərb mətbuatının beş nümayəndəsini yaxalamışdır.

“Pozucular” arasında Britaniyanın “Tayms” nəşrinin jurnalisti və fotoqrafı, Almaniya televiziyasının üç nəfərdən ibarət çəkiliş qrupu var. Onlar dindirildikdən sonra buraxılmış və xəbərdarlıq almışlar ki, bir də buralarda görünsələr və ələ keçsələr, polis məntəqəsində daha çox qalmalı olacaqlar.

Yunanıstanın ictimai asayiş naziri Georgios Vulqarakis bu hadisə ilə əlaqədar Böyük Britaniyanın Afinadakı səfiri ilə söhbətində demişdir ki, jurnalistlərin bu cür “oyunları” yolverilməzdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.